rəsmi səfər

now browsing by tag

 
 

İtaliya prezidenti qızı ilə Bakıya gəldi – FOTO

İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəxri qonağı Azərbaycanın yüksək vəzifəli şəxslər, İtaliyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları qarşılayıb. İkigünlük səfəri zamanı S. Matarella Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycan – İtaliya biznes forumunda iştirak edəcək. Bundan başqa S. Matarella ADA Universitetində də tələbələr qarşısındaRead the Rest…


İlham Əliyev Böyük Britaniyaya getdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri başlayıb. Aprelin 26-da Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsininRead the Rest…


İlham Əliyev Latviyaya rəsmi səfərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşıladılar.


İlham Əliyev Polşaya rəsmi səfərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.


Nursultan Nazarbayev Bakıya gəlir – Sabah

Aprelin 2-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başlanır. Qazaxıstan liderinin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda təhlükəsizlik, iqtisadiyyat, tranzit və regional siyasət sferalarında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir. Ekspertlər həmçinin istisna etmirlər ki, Azərbaycan hakimiyyəti Qazaxıstandan, BMT TŞ-nin qeyri-daimi üzvü kimi, Dağlıq Qarabağ məsələsində dəstək gözləyir.


İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb. Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar.


Prezident İlham Əliyev Fransaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar.


Prezident İlham Əliyev İrana getdi – Rəsmi səfər (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar. Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmiRead the Rest…


Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Belarus Prezidenti Aleksandr Lukaşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov vəRead the Rest…


Xorvatiya Prezidenti İlham Əliyevlə görüşdü – FOTOLAR

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanımRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up