Bakı-Tbilisi-Qars dəmir yolu

now browsing by tag

 
 

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı getdi

Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı yola düşüb. “Anadolu” agentliyinə istinadən xəbər verilir ki, sınaq qatarı Türkiyənin Qars şəhərindən Gürcüstana yollanıb. Sınaq qatarının ilk sərnişinləri arasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri MamukaRead the Rest…


“Bakı-Tbilisi-Qars dəmir yolu iyun ayında istifadəyə veriləcək” – Türkiyəli nazir

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin həyata keçirilməsini şərh edib. “Anadolu” agentliyi xəbər verir ki, yolun açılışı bu ilin iyun ayına planlaşdırılır. Ə.Arslanın sözlərinə görə, BTQ Türkiyənin şərq əyalətlərinin iqtisadi inkişafına töhfə verəcək: “Türk istehsalçılarının məhsulları Qarsdakı loqistik mərkəzdən dünyanın müxtəlif ölkələrində çatdırılacaq,Read the Rest…


Bakı-Tbilisi-Qars dəmir yolu yaxın iki ay ərzində açılacaq

Bakı-Tbilisi-Qars dəmir yolu yaxın iki ay ərzində açılacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə belə böyük infrastruktur layihələri vasitəsilə region ölkələri ilə əlaqələrini gücləndirir. Nazir həmçinin qeyd edib ki, yaxın zamanlarda Türkiyədə Edirne-Qars sürətli dəmir yolunun tikintisi başlayacaq.


Xoş xəbər: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinin 95 faizi başa çatıb. BTQ-nin tikintisi Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslanın nəzarətində davam edir. Tikinti işləri 30 dərəcə şaxtada iki növbəli olmaqla, magistralın müxtəlif hissələrində aparılır. Qeyd edək ki, bir müddət əvvəl türkiyəli nazir dəmir yolunun tikintisinin iki-üç ay ərzində başa çatacağınıRead the Rest…


Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işləri sürətlənib

“Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işləri sürətlənib. Düşünürəm ki, dəmir yolu 2017-ci ildə tam istifadəyə veriləcək. Bunun üçün həm Gürcüstan, həm də Türkiyə tərəfində tikinti-quraşdırma və yeni infrastrukturun yaradılması işləri sürətlə davam etdirilir”. Bu sözləri müsahibəsində yolun tikintisi ilə məşğul olan “Azərinşaatservis” MMC-nin Gürcüstan üzrə əlaqələndiricisi Cəmil Qasımov deyib. C.Qasımov bişdiribRead the Rest…


Bakıdan Türkiyəyə bu sərnişin qatarı ilə gedəcəyik – FOTOLAR

İsveçrənin Stadler Rail Group şirkəti Berlində keçirilən InnoTrans 2016 sərgisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib. Şirkətin nümayəndəsi Paul Qess “Trend”ə bildirib ki, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək. Stadler ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmışRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up