WordPress və Opencart proqramlarında yığılan saytlar:

sep

Hər şey telefon zəngindən sonra başlayır... Bizi Facebook-da arayın...

Tel: +994 50 220 82 84

Read more...

Bir içim su, bir mesaj və saytınız hazır... info@assanews.com

Boş vaxtınızda YouTube kanalımıza da baxın...

Read more...
sep

<<< Show Posts >>>

Həbib Meyvezeri döyüşə çağırdı – VİDEO

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb.

Nurməhəmmədov videomüraciətində qələbə əldə edəcəyinə əminliyini ifadə edib.

“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”,- deyə H. Nurməhəmmədov bildirib.


 


Türkiyədə dəhşətli qəza – 19 ölü, 5 yaralı

Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

“Milliyet”ə istinadən verilən məlumata görə, qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım briqadaları və polislər cəlb edilib.

Qeyd olunur ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)





Arda Turan Türkiyə xalqından üzr istəyəcək?

“Başakşehir” klubunun futbolçusu Arda Turan müğənni Berkayla arasında baş verən davaya görə çətin günlər yaşayır.

“Hurriyet”ə istinadən verilən məlumata görə, son günlər ölkə mətbuatının gündəmindən düşməyən futbolçu haqqında yeni bir iddia səsləndirilib.

“TRT Spor”un idman şərhçisi Bahri Hayadırın sözlərinə görə, Turan “Başakşehir”in təlim məşqində 40 dəqiqə məşq etdikdən sonra komanda yoldaşları və texniki heyətdən halallıq istəyib. Lakin onun bu istəyi qəbul edilməyib.

Belə ki, rəhbərlik tərəfindən Ardaya külli miqdarda pul cəzası veriləcəyi, həmçinin klubun təşkil edəcəyi mətbuat konftransında onun bütün Türkiyə xalqından üzr istəyəcəyi ifadə olunub.

Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib. (Qafqazinfo)


Millətlər Liqası: Azərbaycan Maltanı qəbul edəcək

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.

D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxacaq. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edəcək. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışacaq.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olacaq. Qonaqlar xal itirəcəyi təqdirdə millimiz Maltanı udub, liderliyə də yüksələ bilər.


Şahzadə ailəsinin təyyarəsini ildırım vurdu

İngiltərə şahzadəsi, Susseks hersoqu Herri ilə xanımı, Susseks hersoginyası Meqan Markla məxsus təyyarəni ildırım vurub.

“Daily Mail” nəşrinə istinadən verilən məlumata görə, təyyarə London-Amsterdam reysini həyata keçirirmiş.

Nəşrin məlumatına görə, cütlük hadisə nəticəsində xəsarət almasa da, təyyarəyə ziyan dəyib. (Qafqazinfo)


İraqda həbsdə olan 3 azərbaycanlı azyaşlı Tbilisiyə gətirildi – VİDEO

İraqda ömürlük həbsə məhkum edilmiş Gürcüstan vətəndaşı olan milliyyətcə azərbaycanlı qadının üç azyaşlı övladı Tbilisiyə gətirilib.

2, 5 və 6 yaşlı uşaqları Tbilisi beynəlxalq hava limanında yaxın qohumları ilə yanaşı, Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani də qarşılayıb.

25 yaşlı Şəlalə Səmədova Gürcüstanın Laqodexi rayonunun Gəncəli kənd sakini olub. Onun Rusiya vətəndaşı olan milliyətcə azərbaycanlı həyat yoldaşı İŞİD terror təşkilatına qoşulub. Hərbi əməliyyatlar zamanı onun ölməsinə baxmayaraq, İraqın qanunlarına əsasən, həyat yoldaşı terrorçuluqda müqəssir bilinən şəxslə nikahda olduğuna görə ömürlük həbsə məhkum edilib. Onların azyaşlı övladları qanuna uyğun şəkildə həbsxanada saxlanılırdı. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra yerli uşaq evlərinə veriləcəkdi.

Qadının valideynləri qızlarını 7 il, nəvələrini isə ümumiyyətlə görmədiklərini bildiriblər. Onlar uşaqların Gürcüstana qaytarılmasına görə T.Tsulukianiyə həyata keçirdiyi xeyirxah missiya üçün minnətdarlıqlarını bildiriblər.

T.Tsulukiani azərbaycanlı qadının faciəvi taleyi barədə bir il öncə Gürcüstanın İraqdakı səfiri Gia Tabatadzedən öyrənib.
Bu il mayın 23-də T.Tsulukiani İraqın mərkəzi qadın həbsxanasında həmin qadınla şəxsən görüşərək, ondan övladlarını Gürcüstana valideynlərinin yanına göndərilməsi ilə bağlı razılıq alıb.

Nazirin sözlərinə görə, uşaqların Gürcüstana qaytarılması məsələsini operativ olaraq həll etmək lazım idi, belə ki, onların uşaq evlərinə təhvil verilməsi yaşı yaxınlaşırdı.

Nazirin sözlərinə görə, Ş.Səmədova həbsdə saxlanılan yeganə Gürcüstan vətəndaşıdır ki, Gürcüstanda anadan olub və bu günə qədər valideynləri də Gürcüstanda yaşayır.

T.Tsulukiani Bağdadda iraqlı həmkarı ilə görüşdə Gürcüstan vətəndaşına qarşı çıxarılmış məhkəmə hökmünə yenidən baxılması perspektivləri üzərində birgə işin aparılması barədə də razılıq əldə edib. (Report)



Türkiyə rahib Brunsonu azad etdi

Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Brunson 4-cü dəfə məhkəmə qarşısına çıxıb.
Milliyet-ə istinadən xəbər verilir ki, Brunson İzmirdə Ağır Cəza Məhkəməsinə aparılıb. FETÖ və PKK terror təşkilatlarına üzv olmaq, casusluq etmək iddiaları ilə barəsində 35 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edilən, daha sonra cəzası ev həbsi ilə əvəzlənən Brunson barədə yeni tələb açıqlanıb. Hakim bu dəfə qruplaşmaya üzv olmaq ittihamı ilə rahibin 10 il müddətinə həbsini istəyib.
Endryu Kreyq Brunson müdafiəsi zamanı “Günahsızam, Türkiyəni sevirəm, bəraət verilməsini istəyirəm” açıqlaması ilə çıxış edib.
Qeyd edək ki, 3 il, 1 ay, 15 gün həbsdə qalan rahib azadlığa buraxılıb. (Qaynarinfo)

Sumqayıt vağzalı nə vaxt istifadəyə veriləcək?

Bu ilin sonunadək Sumqayıt Dəmiryol vağzalının istifadəyə verilməsi gözlənilir.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
O bildirib ki, işlər Bakı Dairəvi dəmir yolunun tikintisi çərçivəsində aparılır. Layihə Bakı və Sumqayıtı bir sıra ətraf qəsəbələrdən keçməklə bir-birinə bağlayacaq:
“Dairəvi yolla hər iki istiqamətdə 15 qatar hərəkət edəcək. Onların sayı arta və ya azala bilər. Burada 14 stansiya olacaq və 30 minə yaxın sərnişinə xidmət göstəriləcək. 20-yə yaxın yeraltı və yerüstü keçid nəzərdə tutulub. Bakı-Sumqayıt istiqamətində işlər artıq başa çatıb, Sumqayıtdan əks istiqamətə isə davam edir. Sumqayıtdan Sabunçuyadək olan hissədə işlər demək olar ki, görülüb, Bakı Dəmiryolu Vağzalından Sabunçu vağzalınadək işlər davam edir. Bu ilin sonunadək Sumqayıt Dəmiryol vağzalının istifadəyə verilməsi gözlənilir”. (Trend)

Zamirənin malikanələri, təyyarəsi və qolf klubu Azərbaycana qaytarılacaqmı…

Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA) Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin arvadı Zamirə Hacıyevanın bu ölkədəki mülklərini, şəxsi təyyarəsini və qolf klubunu Azərbaycan dövlətinə qaytarmağa məcbur ola bilər. Bu barədə NCA-nın iqtisadi cinayətlər üzrə direktoru Donald Toon BBC-yə müsahibəsində bildirib.

“Əgər Ali məhkəmə qərara alsa ki, Zamirə Hacıyeva bu aktivləri əldə etmək üçün dələduzluq sxemlərindən istifadə edib, o zaman müsadirə edilən aktivlər onun doğma ölkəsinə qaytarıla bilər”-Donald Toon bildirib.

NCA direktoru deyib ki, mənşəyi naməlum olan pullar hesabına əldə edilmiş aktivlərin müsadirə edilməsini nəzərdə tutan qanunun ilk dəfə tətbiq edildiyi bir vaxtda müsadirə edilmiş əmlakın gələcək taleyi “siyasi və beynəlxalq məsələ” olacaq.

Xatırladaq ki, Zamirə Hacıyeva ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi vaxtda Londonda alış-verişə 16 milyon funt sterlinq xərcləyib, habelə Londonun Naytsbric kvartalında özünə beş yataq otağına malik, 15 milyon funt sterlinq dəyərində malikanə, Askot yaxınlığında 10.5 milyon funt sterlinqə qolf-klub və şəhərətrafı “Mill Ride” klubu alıb.

NCA bildirir ki, Hacıyeva bu aktivləri almaq üçün dələduzluq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib. Ötən həftə London Yüksək Məhkəməsinin hakimi cənab Supperstoun Zamirə Hacıyevanın qarşısına şərt qoyub ki, həmin pulların necə əldə edildiyini əsaslandırsın. Əks halda aktivlər müsadirə ediləcək.

Lakin cənab Toon qeyd edib ki, müsadirə edilmiş aktivlərin gələcək taleyi barədə qərar vermək “siyasi və beynəlxalq” məsələ olacaq. “Beləliklə, həmin aktivlər ilk növbədə Böyük Britaniya hökumətinin sərəncamına keçəcək, daha sonra aktivlərin taleyinə dair pulların gəldiyi ölkə ilə Böyük Britaniya arasında birbaşa danışıqlar olacaq. Əmlakın taleyi bu danışıqların nəticəsində müəyyən ediləcək”-Donald Toon bildirib.

NCA rəhbəri deyib ki, onlar hazırda daha 8 nəfərin barəsində mənşəyi məlum olmayan pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində araşdırma aparırlar. Onlar Afrika, Cənubi Asiya, keçmiş sovet respublikaları və Rusiyadan olan şəxslərdir. (Virtualaz.org)


Kadırov Həbibə maşın, atasına fəxri ad verdi

Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışlarında İrlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

Kadırov hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov fondu adından bağışlayıb.

Bundan başqa, Həbibin atası, məşqçisi Əbdülmanap Nurməhəmmədova “Çeçenistanın Əməkdar bədən tərbiyəsi işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Qroznı şəhərinin meri İbrahim Zakriyev isə Həbibə “Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verib. (Qafqazinfo)


Zəng edin, görüşün, müzakirə edin və 15 gündən sonra saytınıza bütün dünya baxsın...
© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up