ASSA news

AZƏRBAYCANIN SƏSİ xəbər portalı
Sumqayıtda avtobus qəzası: 31 nəfər xəsarət alıb – Yenilənib

Sumqayıtda baş vermiş avtobus qəzasında yaralananlardan 12 nəfər ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, hazırda 19 nəfərin həkim nəzarətində müalicəsi davam etdirilir. “Yaralılardan altısı reanimasiyaya yerləşdirilib. Avtobus sərnişinlərindən biri hamilə olub, o, həyəcan və qorxu keçirdiyindən doğum şöbəsinə aparılıb. Qəza nəticəsində ölən olmasa da xəsarət alanların bir neçəsinin vəziyyəti ağırdır.
18:14
Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.
Hadisə şəhərin Sülh küçəsində baş verib.
Sumqayıt – H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.
Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.