ASSA news

AZƏRBAYCANIN SƏSİ xəbər portalı
Erməni nazir: Məmmədyarovla dəhlizdə görüşə bilərik

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan Münhen konfransı çərçivəsində ayrıca görüş planlaşdırmayıblar.

Bu barədə erməni nazir ötən gün baş tutan brifinqdə məlumat verib:

“Biz Məmmədyarovla ayrıca görüş planlaşdırmamışıq. Biz dəhlizdə görüşə bilərik. Məmmədyarovla görüşüb və salamlaşmaq kimi bir problemimiz yoxdur. Ayrıca görüş planlaşdırmasaq da, bu, o demək deyil ki, danışacaq mövzumuz yoxdur. İşlər davam edir”.

Xatırladaq ki, fevralın 15-də Münhendə təhlükəsizlik üzrə konfrans öz işinə başlayıb. (Qafqazinfo)