Çavuşoğlu: ABŞ sözündən dönməyi də öyrənib

print
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın güc strukturlarının Trampı Suriyadan çəkilmə qərarından vaz keçirməyə çalışdıqlarını iddia edib.

O, bununla bağlı açıqlama verib:

“ABŞ prezidentini məlum qərarından daşındırmağa çalışırlar. Və bunu onunla əsaslandırırlar ki, Türklər əməliyyat zamanı kürdləri öldürəcək. Bu, son dərəcə yanlış üslubdur. Biz müttəfiqlərimizə bu üslubdan narahat olduğumuzu dedik. Suriyalı kürdlər YPG/PKK demək deyil. Türkiyədəki kürdlər YPG/PKK demək deyil. Bunu çox yaxşı bilirik. Bunu ABŞ dövlət katibi Mike Pompeo da bilməlidir. Suriyadakı kürdlərin də haqlarını müdafiə etdik. Bir terror örgütü var, bu terror örgütü bizi təhdid edir. ABŞ da onlara dəstək verir.

Münbiç yol xəritəsi uğurlu şəkildə tətbiq olunsaydı və Fəratın şərqinə də tətbiq etməyə başlasaydıq, bunlar baş verməzdi. Cənab prezidentimiz Fəratın şərqində əməliyyat keçirəcəyimizi dedikdən sonra ABŞ çəkilməyə qərar verdi. Həm çəkilməyə qərar verəcəksiniz, həm də çəkilməmək üçün Türkiyəni günahlandıracaqsınız. ABŞ sözündən dönməyi də öyrənib deyəsən. Siyasi meydandakılar Türkiyəyə olan düşmənçiliklərini qabartmağa çalışırlar. Tramp iki dəfə çəkiləcəyini dedi. Pompeo Trampın qərarını açıqlamalıdır”. (AzNews.az)