Yaxşı arvad pis əri orta səviyyəli insana çevirir, o isə bütün dünyada məşhurlaşır – Çingiz Aytmatov

print

Bu gün Türk dünyasının tanınmış yazıçısı Çingiz Aytmatovun 90 yaşı tamam olur. O, 1928-ci ildə Qırğızıstanın Şəkər kəndində anadan olub. Qırğız və rus dillərində yazan böyük yazıçı 2008-ci il iyun ayının 10-da Almaniyanın Nürnberq şəhərində vəfat edib.

Onun atası Torekul Aytmatov görkəmli dövlət xadimi olub və 1937-ci ildə həbs olunduqdan bir il sonra güllələnib. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa kimi çalışıb.

Aytmatovun realist prozası humanizm ideyaları ilə zəngindir və hər bir insanda canlı təbiətə qarşı böyük sevgi yaradır. O, hələ öz sağlığında oxunan yazıçı olub. Əsərləri 150 dilə tərcümə edilib. Qazaxıstan və Qırğızıstanın xalq yazıçısı olan Aytmatov bir çox mükafatların laureatıdır.

TengriMIX nəşri onun yazdığı hikmətli sözləri oxucuları ilə bölüşüb.

Həmin sözlərin bir qismini sizə təqdim edirik.

  • Bir çox insanlar təkcə xəstəlikdən ölmürlər, ağılsız hərəkətlərinin, çəkdikləri əziyyətlərin qurbanına çevrilirlər. Onlar özlərini olduğu kimi təqdim etmirlər, düşünürlər ki, daha çox biliyə malikdirlər.
  • Boş yerə deməyiblər ki, öz eybini örtmək üçün başqasının eybini açmalısan.
  • Babam deyirdi ki, əgər insanlar öz atalarını yada salmasalar, onlar yollarını azacaqlar.
  • Babam deyirdi ki, heç kəs pis əməlinə görə utanmamalıdır, çünki onun uşaqları atalarının pis əməli haqda bilməyəcəklər.
  • Vətəni harasa daşımaq olmaz, yalnız darıxmağı özünlə apara bilərsən. Əgər vətəni çanta kimi özünlə apara bilsəydin, vətənin bir qəpiklik qiyməti olmazdı.
  • Hər hansı bir işi sona çatdıranda düşünürsən ki, indi sakitcə yaşayacağam, ancaq bu, belə deyil. Həyat sənin üçün yenə nəsə düşünüb tapacaq.
  • Minlərlə kütlənin içərisində sən tənhasan, təkliyə qapılanda da tənha olursan.
  • Yaxşı arvad pis əri orta səviyyəli insana çevirir, o isə bütün dünyada məşhurlaşır… (AzNews.az)
image description
image description
image description