Türkiyənin tanınmış manekeni Şəbnəm Schaefer İstanbul Çağlayan Ədliyyəsinə gedərək onu ölümlə təhdid edən keçmiş nişanlısı Murat Kadıoğlu haqqında şikayətçi olub. Dəlillər sübuta yetirilərsə, Kadıoğlu 4 ilə qədər həbs cəzası ala bilər.

Türkiyə mediasına istinadən xəbər verilir ki, maneken Şəbnəm Schaefer bu haqda “Sabah” qəzetinə müsahibə verib.

“Məndən soyusun deyə, Almaniyaya getdim və telefonlarına cavab vermədim. Bu dəfə də başqa nömrələrdən axtarıb məni təhdid etdi. O zaman telefonumu bağladım və qəti qərara gəldim ki, Almaniyadan qayıtmayım. Ancaq təkrar aradı və mənə “Hazır ol, sonun gəldi” mesajlarını yazdı. Ondan şikayətçiyəm”. Maneken belə deyib.

İstintaqın sonunda təhdid və təhqir cinayətlərindən ittihamnamə tərtib olunub. Dörd ilə qədər həbsi istənilən Kadıoğlu hakim qarşısına çıxacaq.

İstintaq çərçivəsində Şəbnəm Schaeferin keçmiş nişanlısı Murat Kadıoğlunun da ifadəsi alınıb. Kadıoğlu mesajların ona aid olduğunu qəbul edib.

Məşhur maneken yenə də Muratla görüşməkdən imtina edib.

Şəbnəm Schaefer kimdir?

Şəbnəm Schaefer 9 fevral 1984-cü il tarixində Almaniyanın Frankfurt şəhərində doğulub. Anası Türk, atası Almandır. Atası evləndikdən sonra müsəlman olub.

10 iyun 2015-ci il tarixində iş adamı Murat Kadıoğlu ilə evlənəcəyini açıqlayan Şəbnəm Schaefer 8 dekabr 2015-ci ildə sürpriz bir şəkildə ayrılıq qərarı verib. (AzNews.az)