Saatlıda kriminal avtoritet öldürüldü

print
Saatlı rayonunun Azadkənd kəndində kriminal avtoritet tapança ilə güllələnərək qətlə yetirilib. 

Saatlı rayonunun Azadkənd kənd sakini, 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun ona məxsus BMW markalı avtomobildə başından almış 2 güllə yarası ilə meyiti aşkarlanıb. Meyit Sabirabad morquna müayinə olunmaq üçün yerləşdirilib.
Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.

Qeyd edilir ki, adı çəkilən şəxs dəfələrlə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Report)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up