4 yaşlı Muradın əməliyyat pulunun çox hissəsini iş adamı Mübariz Mənsimov ödədi

print

Xəbər verildiyi Biləcəri qəsəbəsindəki 299 saylı məktəb-liseyin 53 yaşlı direktor müavini Elza Paşayevanın 4 yaşlı yeganə övladı Murad mürəkkəb ürək qüsurundan əziyyət çəkir. Azərbaycanın bir neçə xeyirxah insanının köməyilə o, bir neçə dəfə Almaniyanın Berlin Mərkəzi Kardeologiya xəstəxanasında əməliyyat olunub.

Dünyada ürək quruluşuna görə yeganə insan olan Muradın həyatda yaşaması üçün yenidən adı çəkilən xəstəxanaya təcili olaraq xeyli miqdarda pul  ödənilməli idi. Buna görə Muradın anası Elza xanım internet portalları və ATV kanalında yayımlanan “Bizimləsən” verilişi vasitəsilə bir çox iş adamlarına müraciət edərək o pulun toplanması xahişini etmişdi.

Müəyyən zaman keçdikdən sonra o məbləğin yalnız 30 faizi toplana bildi. Bu gün isə ATV-nin canlı efirinə gələn telefon zəngi Elza xanımın ürəyini dağa döndərdi.

Belə ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi Palmali şirkətlər qrupu tərəfindən pulun qalan hissəsi ödənilib.

Bu haqda informasiyanı qaraqoyunlu.com-a  4 yaşlı Muradın anası Elza Paşayeva verib.

Onun sözlərinə görə, hazırda Muradın Almaniyaya təcili aparılması üçün hazırlıqlara başlanılıb.

Elza xanım portalımıza açıqlamasında indiyədək əməliyyata dəstək olanlara, ATV kanalının rəhbərliyinə, “Bizimləsən” verilişinin yaradıcı heyətinə, xüsusilə də iş adamı Mübariz Mənsimova 4 yaşlı uşağın həyatına bir işıq saçdıqlarına görə minnətdarlığını bildirib.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up