Ərdoğana cəsarəti üçün təşəkkür edirəm – Putin

print
Xəbər verildiyi kimi bir az öncə Türkiyədə “Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması mərasimi Türkiyə və Rusiya prezidentləri – Ərdoğan və Putinin iştirakı ilə həyata keçirilib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, Ərdoğan çıxışı zamanı belə deyib:

“Türk axını” qaz kəmərinin Qara dənizin dibindən keçərək ölkəmizə gəlməsinin sevincini yaşayırıq. Bu tarixi layihənin son mərhələsinə gəlmişik. 3 hissədən ibarət olan bu layihə 2019-cu ildə keçiriləcək testlərdən sonra fəaliyyətə başlayacaq. Kıyıköydəki qəbul terminalının tikintisi sürətlə davam edir. Buradan gələcək qazın ən azı yarısını Avropaya çatdırmağı planlaşdırırıq. Türkiyə tranzit risklərə məruz qalmadan həm özünün, həm də Avropa ölkələrinin qaz tələblərini ödəyəcək. Rus dostlarımızla birlikdə texniki cəhətdən çətin bir layihəni sona çatdıracağımıza inanıram. Rusiya Federasiyası ilə əməkdaşlığımız çox geniş şəkildə həyata keçirilir. Birgə iştirakımızla Suriyadakı humanitar böhranı aradan qaldırdıq. Akkuyu Atom Elektrik Stansiyasını həyata keçiririk. Hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə nail olmaqdır. Rusiya ilə 2019-cu ili qarşılıqlı mədəniyyət və turizm ili kimi qeyd edəcəyik”.

Rusiya lideri Putin isə “Aramızdakı inam olmasa, gerçəkləşdirə bilməzdik. Bu mərasim Rusiya-Türkiyə arasında əməkdaşlığın səviyyəsini göstərir. Layihəyə Ərdoğan “Türk axını” adını verib. Qısa müddət ərzində layihənin əhəmiyyətli hissəsi tamamlanıb. Birlikdə böyük bir iş gördük. Bu layihənin dəniz hissəsi bu gün başa çatır. Qazın ixracı sadə bir şey deyil. Yüksək texnologiya ilə keçirilən bir prosesdir. 13 il əvvəl Ərdoğan ilə birlikdə Mavi Axın boru kəmərini açmışdıq. 13 il ərzində bu layihə ən çətin şərtlərdə etibarlı şəkildə fəaliyyət göstərir. “Türk axını”ndan sonra Türkiyə mühüm bir qaz mərkəzinə çevriləcək və bu, Türkiyə Respublikasının mövqeyinə də müsbət təsir göstərəcək. Qaz ixracı Türkiyə iqtisadiyyatına güc qatacaq. Ərdoğana da göstərdiyi cəsarət üçün təşəkkür etmək istəyirəm. İki ölkə arasında etibar olmadan belə bir layihəni həyata keçirmək mümkün olmazdı” ifadələrini işlədib. (AzNews.az)

image description
image description
image description

Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up