Tramp öz fəaliyyətinə “5+” qiymətini verdi

print
ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibə verib.

Rusiya mediasına istinadən xəbər verilir ki, Tramp jurnalistlə söhbətində prezident fəaliyyətinə qiymət verib.

“Mən hesab edirəm ki, öz vəzifəmin öhdəsindən əla gəlirəm. Özümə hansı qiymət verərdim? Mən artıq buna dözə bilmərəm, deyəcəyəm. “5+” qiymətini verərdim. Kifayətdir? Lazımsa, bundan da yüksək qiymət verim”, – deyə prezident vurğulayıb.

Ağ Evin sahibi bildirib ki, ABŞ iqtisadiyyatı hazırda bütün zamanlardan yaxşıdır.

Xatırladaq ki, Tramp avqust ayında da prezident kreslosundakı fəaliyyətinə “5+” qiymətini vermişdi. (AzNews.az)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up