Rusiyanın dağılması qaçılmazdır – Putinin sabiq müşaviri

print
Rusiya hazırkı faciəli proseslərdən qaça bilməyəcək və dağılacaq.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu fikirləri 2000-2005-ci illərdə Rusiya prezidentinin müşaviri vəzifəsində çalışan Andrey İllarionov səsləndirib.

Onu fikrincə, çoxmillətli imperiyaların taleyi həmişə dağılmaqla nəticələnir:

Hazırda ABŞ-ın Katon institutunun əməkdaşı olan İllarionov qeyd edib ki, ilk imperiyaların dağılması 20-ci əsrin əvvəllərində, 1917-1918-ci illərdə baş verib:

“Bundan sonra bəzi ölkələr hissə-hissə öz torpaqlarını itiriblər. 2-ci mərhələ isə 1990-cı ilin əvvəllərindən başlayıb. O dönəmdən sonra yenə bir çox ölkələr ərazilərini itirməyə başladılar. 3-cü mərhələ də qaçılmazdır. Bu özünü Rusiyada qeyri rus yaşayan bölgələrdə göstərəcək. Unutmaq olmaz ki, ayrılma proseslərində həmişə qan tökülür. Dünya tarixindən bəllidir ki, tektonik gücləri dayandırmaq qeyri-mümkündür”.

Siyasətçi vurğulayır ki, Rusiyanın dağılmasından sonra Ukraynaya hərbi təzyiq azalacaq:

“Ancaq bu, Kremldə kimin oturacağından asılı olacaq. İstisna deyil ki, demokratik Ukrayna yeni yaranacaq dövlətlərə, həm də Rusiyanın daha az ağrılı üsulla dağılmasında rəsmi Kremlə yardımçı olacaq. (AzNews.az)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up