Poroşenko böyük qardaşını öldürüb – Ukrayna prezidenti qətldə ittiham olundu

print
Rusiyanın “Zvezda” telekanalında yayımlanan “Açıq efir” proqramında publisist Konstantin Dolqov Ukrayna prezidenti Petr Poroşenkonun Moldovada mütəşəkkil cinayətkarlarla əlaqəsi ehtimalından söz açıb.

Dolqov əminliklə bildirib ki, Poroşenkonun böyük qardaşı Mixailin sirli şəkildə qətlə yetirilməsində əli var.

Publisist apardığı şəxsi istintaqı nəticəsində bəzi sənədlərin nüsxəsini əldə edib. Həmin sənədlərdə deyilir ki, Poroşenko və Petr Madan adlı bir nəfərlə Moldovada çalışan zaman qeyri-qanuni yolla bir sıra müəssisələrin istiqrazlarını ələ keçirib. Həmin mütəşəkkil cinayətkar qrupa qarşı 4 istintaq işi açılıb.

Həmin vaxt Moldovada 50 min vətəndaş bu qrupun “fəaliyyəti” nəticəsində zərər görüb.

Dolqov hesab edir ki, Poroşenkonun böyük qardaşı Mixail o qrupun üzvü olub. Ancaq o, 1997-ci ildə sirli şəkildə ölüb. Rumıniya daxili işlər nazirliyindən alınan hesabata görə, Ukrayna liderinin qardaşı Kiprdə çimən zaman batıb.

Deyilənə görə, guya qardaşlar arasında mübahisə yaranıb və onlar əldə etdikləri qazancları bölə bilməyiblər. Bu informasiyanı Moldova hüquq mühafizə orqanları yayıb.

Publisist Dolqov Petr Poroşenkonun Moldovadakı biznes fəaliyyətini araşdıran ilk şəxs deyil. Belə araşdırmanı Moldovanın “Doğma partiya” müxalif partiyasının lideri Renato Usatıy və ukraynalı jurnalist Aleksandr Dubinski aparıb. Onların verdikləri informasiyaya görə Poroşenko haqda cinayət işinə yüksək vəzifəyə keçməsindən sonra xitam verilib.

Rambler nəşri yazır ki, bütün bunlar müəllifin öz düşüncələridir və redaksiyanın fikri ilə üst-üstə düşməyə bilər.

AzNews.az


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up