Berluskoni fahişələrə görə məhkəməyə çıxacaq

print
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni yenə məhkəmə qarşısına çıxacaq. O, iş adamına 10 il əvvəl fahişələrin işi ilə bağlı yalan məlumat vermək üçün pul verdiyinə görə ittiham olunur.

Ukrayna mediasına istinadən xəbər verilir ki, bu haqda məlumatı Reuters yayıb.

Mənbə bildirir ki, Berluskonu Canpaolo Tarantiniyə nağd olaraq 500 min avro verib və iş tapıb. Məqsəd isə villalarda keçirilən kef axşamlarında qadınlara pul verilməsi haqda Berluskoninin xəbəri olmadığını vəkillərə deməkdir.

Məhkəmə işinin gələn il fevralın 4-də ölkənin şimalında yerləşən Bari şəhərində keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, 2013-cü ildə Berluskoniyə Mediaset şirkəti ilə bağlı 4 il həbs cəzası verilmişdi.

Sonra bu qərar ictimai işlə əvəz olundu və o, parlamentdəki yerini itirdi. Artıq sabiq baş nazir yenə də seçkilərə qatıla bilər, çünki Milan məhkəməsi onu reabilitasiya edib.

Bu ilin martında İtaliyada parlament seçkilərində onun rəhbərlik etdiyi “İrəli İtaliya” partiyası qalib gəlmişdi. Ancaq hökumət bu günədək təşkil edilməyib.

İstisna deyil ki, yaxın vaxtlarda yenidən parlamentə növbədənkənar seçkilər keçirilsin. Bu dəfə o, tam hüquqla seçkidə iştirak edə bilər. (AzNews.az)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up