ABŞ-dan tarixi qərar: İlk dəfə “yox” dedi – Son dəqiqə

print
ABŞ əvvəlki illərdə bitərəf qaldığı İsrailin Holan Təpələrinin işğalını pisləyən BMT Baş Assambleyasının qərarı üçün səsvermədə bu il ilk dəfə “yox” deyib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, İsrailin Holan Təpələrinin işğalını pisləyən Holan qətnamə layihəsi BMT Baş Assambleyasının 3-cü komitəsində səsverməyə çıxarılıb.

Qərar 150 ölkənin dəstəyi ilə qəbul edilib. 2 ölkə qətnaməyə qarşı çıxıb, 14 ölkə bitərəf qalıb.

ABŞ isə əvvəlki illərdə keçirilən səsvermələrdə bitərəf qalarkən, bu dəfə qarşı çıxıb və İsrail ilə birlikdə “xeyr” səsi verib.

Avstraliya, Kamerun, Kanada, Fil Dişi Sahili, Qvatemala, Honduras, Marşal Adaları, Meksika, Mikroneziya, Palau, Panama, Papua Yeni Qvineya, Ruanda və Toqo bitərəf qalan ölkələr arasında yer alıb.

İsrailin Holan Təpələrinin işğalını pisləyən BMT Baş Assambleyasının qərarı İsrailin Holandaki bütün hərəkətlərini beynəlxalq hüququn pozulması kimi təsvir edir.

Səsvermənin ardından İsrailin BMT-dəki daimi təmsilçisi Danni Danon “İsrail Holandan çəkilməyəcək və beynəlxalq cəmiyyət bunu qəbul etməlidir” deyib.

İsrail nümayəndəsinə cavab verən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə “Suriya Holanı ya dinc bir şəkildə, ya da müharibə ilə geri alacaq” ifadəsini işlədib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley isə dünən verdiyi açıqlamasında ABŞ-ın bitərəf mövqeyini dəyişməsinə əsas kimi İsrailə qarşı ön mühakimə və Holan Təpələri sərhədindəki hərbi fəallığı göstərmişdi.

O, “ABŞ BMT-nin hər il səsverməyə çıxartdığı bu yaramaz Holan Təpələri qərarında artıq bitərəf qalmayacaq və “xeyr” səsini verəcək” deyib. (AzNews.az)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up