Ərdoğan Trampla görüşdü

print
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Parisdə bir araya gəlib.

Iki lider Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərlə bağlı ölkə rəhbərləri şərəfinə verilən axşam yeməyində ayaqüstü söhbətləşiblər.

Ziyafətə xanımları ilə birlikdə qatılan Ərdoğan və Tramp daha sonra masada yanaşı əyləşərək söhbətlərini davam etdiriblər.

Qeyd edək ki, amerikalı rahib Endryu Branson azadlığa buraxılmasından sonra Türkiyə və ABŞ arasında siyasi gərginlik azalıb.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up