Rusiya Ukraynanın bu şəhərini də ələ keçirmək istəyir – britaniyalı polkovnik

print
Rusiyanın Azov dənizindəki addımlarının əsas məqsədi Ukraynanın Mariupol şəhərini ələ keçirməkdir.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu fikirləri britaniyalı polkovnik, Ukraynanın milli təhlükəsizlik və müdafiə işləri üzrə institutunun eksperti Qlen Qrant səsləndirib.

Ukrayna jurnalistlərinə müsahibə verən polkovnik bildirib ki, hazırda bu bölgədə Rusiyanın böyük üstünlüyü var:

“Onların məqsədi Mariupolun bütün biznesini, infrastrukturunu dağıtmaqdır. Bu, hələlik Rusiyanın ilk addımıdır. Onlar bütövlükdə Ukraynanın cənub hissəsini ələ keçirmək istəyirlər. Kiyevin isə bunu dayandırmağa gücü çatmır”.  (AzNews.az)

Scroll Up