Necə oldu ki, kiçik Çeçenistan böyük Rusiyanı məğlub etdi?

print
Rusiya üçün birinci çeçen müharibəsi sadəcə rüsvayçı olub. Kiçik Çeçenistanın hərbi birləşmələri ABŞ-ın hərbi gücündən geri qalmayan böyük Rusiyaya məğlub olmadı, əksinə döyüşlərin nəticəsində Çeçenistan faktiki olaraq müstəqillik əldə etdi və terrorçuların aktivləşməsi baş verdi. Bu isə 2-ci çeçen müharibəsinə bir körpü oldu. Rusiya bu dəfə də uduzdu.
inosmi.ru saytına istinadən xəbər verilir ki, bu fikirləri Çinin Sohu nəşri yazıb.
Mənbə bildirir ki, çeçen-rus müharibəsində 4 min rus əsgəri və zabiti həlak olub. Polis general-mayoru Viktor Vorobyov da adını o siyahıya yazdıra bilib. 100 min dinc sakinin də öldüyü deyilir.
Bu müharibədə 18 min insan yaralanıb. Nəticədə Çeçenistandakı tikililərin və infrastrukturların demək olar ki, böyük əksəriyyəti tamamilə dağıdılıb, Çeçenistanın paytaxtı Qroznı şəhəri yerlə-yeksan olub.
Bəs nəyə görə, ruslar kimi “döyüşkən xalq” bu müharibədə belə məğlubiyyətə düçar olub?
Birincisi, onlar çeçen hərbi qüvvələrinin gücünü qiymətləndirə bilməyiblər.
Müdrik insanlardan biri belə yazıb: “Strategiya haqda düşünəndə, düşməninə yuxarıdan bax. Taktika haqda düşünəndə isə onunla hesablaş”.
1-ci çeçen müharibəsində Rusiya çeçen qoşunlarına nə strategiya, nə də taktika baxımından xüsusi diqqət ayırmayıb.
1994-cü il dekabr ayının 11-də Cövhər Dudayev Çeçenistanın müstəqilliyini elan edəndən 3 il sonra Yeltsinin səbri, nəhayət tükənməyə başladı və qoşunlara Çeçenistana daxil olmaq əmrini verdi. Məqsəd isə Çeçenistanda sülhü və konstitusiya qayda-qanunu bərpa etmək, o bölgədə yaşayan rusların hüquq və azadlıqlarını qorumaq, qan tökülməsinin qarşısını almaq olub.
O vaxtlar müdafiə naziri vəzifəsində çalışan Pavel Qraçev bəyan edib ki, çeçen məsələsini 10 günə həll etmək olar: “Bunun üçün 2 desant alayını ora çıxartmaq bəs edər və Qroznı qan tökülmədən ələ keçər”.
Ancaq döyüşlər göstərdi ki, heç də Qroznını almaq asan məsələ deyil. 10 günə nəzərdə tutulan müharibə 2 il çəkdi. Nəticədə də ruslar öz istəklərinə çata bilmədilər, əksinə küncə qısıldılar.
Gəlin bunu maddələrlə yazaq:
Rusiya döyüşlərə yaxşı hazırlaşmamışdı.
Çeçenlər igid döyüşçülər idi.
Çeçen hərbçiləri xalqın böyük dəstəyini aldılar.
Və sonda 1996-cı il avqust ayının 31-də Yeltsin məğlub olmağını boynuna aldı və Çeçenistanla sülh müqaviləsi bağladı. Beləliklə, 1-ci çeçen müharibəsi Rusiyanın tam məğlubiyyətilə nəticələndi.
Rusiya isə öz heyfini Dudayevi öldürməklə çıxa bildi. (AzNews.az)

Scroll Up