Səudiyyə Ərəbistanının baş prokuroru İstanbula gəldi – Camal Kaşıkçı cinayəti

print
Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib Camal Kaşıkçının qətli ilə bağlı təhqiqat çərçivəsində İstanbula gəlib.

Anadolu informasiya agentliyinə istinadla xəbər verilir ki, Əl-Muacibin şəxsi təyyarəsi ötən gecə “Atatürk” hava limanına enib. Səfər zamanı o, İstanbulun Baş prokuroru İrfan Fidanla görüşəcək. Həmçinin Əl-Muacibin qətlin baş verdiyi Baş konsulluqda yoxlama aparacağı da gözlənilir.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanında 18 nəfər saxlanılıb. Onların şəxsiyyəti açıqlanmır.

Scroll Up