“İzvestiya” qəzetinin reportajı: Türkmənistan aclığın bir addımlığında – FOTOLAR

print
Türkmənistanın piştaxtaları boşdur, ərzağa görə uzun növbələr yaranıb, kolbasa almaq üçün əyalətdən Aşxabada gedirlər. Bu mənzərə keçmiş SSRİ-də yaşanan mənzərə deyil. Müasir Türkmənistan belə şəraitdə yaşayır.

Rusiya mediasına istinadən xəbər verilir ki, “İzvestiya” qəzeti bu ölkənin üzləşdiyi böhranla bağlı geniş reportaj hazırlayıb.

Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada 4-cü yerdə qərarlaşıb. Ancaq buna baxmayaraq bu ölkə aclığın bir addımlığındadır.

Situasiya elə pik həddə çatıb ki, işsizlik və pulsuzluq ölkəni ağuşuna alıb. Əhali yaxşı həyat sürmək arzusu ilə kütləvi şəkildə ölkəni tərk edirlər.

Türkmənistan dünyada ən qapalı ölkələrdən biridir. Senzuraya görə bu ölkəni Şimali Koreya ilə eyniləşdirirlər. Hələ 3-4 il bundan öncə əhali belə problemlə üz-üzə qalmamışdı. Dövlət hər bir ailə üzvünə pulsuz benzin, elektrik enerjisi, qaz, su və duz verirdi.

Bu ilin payızından isə hər şey tərsə doğru dəyişməyə başladı. Sentyabr ayında ölkə başçısı Qurbanqulu Berdıməhəmmədov pulsuz kommunal xidmətlərini ləğv etdi. Milli valyuta dəyərini itirməyə başladı. 2018-ci ilin əvvəllərində 1 dollar 9-10 manat idisə, indi bu göstərici 18-19-a qalxıb.

Ən böyük çətinlik gündəlik ərzaq məhsullarının tapılmamasıdır. Hazırda dövlət mağazalarında demək olar ki, heç nə satılmır. İnsanlar səhər erkən oyanaraq un və çörək almaq üçün növbələrdə dayanırlar.

Yerli əhali bildirir ki, ölkənin bu vəziyyətə düşməsi böyük layihələrin reallaşmasındadır. 2016-cı ildə Aşxabadda 2.3 milyard dəyərində aeroport istifadəyə verilib. 2017-ci ildə keçirilən Asiya oyunları büdcədən 5 milyard dollar yeyib. Bu ilin mayında isə Türkmənbaşı (keçmiş Krasnovodsk) şəhərində 1.5 milyard dollara dəniz limanı tikilib. (AzNews.az)

image description
image description
image description
Scroll Up