İlham Əliyev Trampa başsağlığı verdi

print
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev baş vermiş bu faciə ilə əlaqədar amerikalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Scroll Up