Rusiyanın məşhur aktyoru vəfat etdi – 74 yaşında

print
Rusiyanın tanınmış aktyoru 74 yaşlı Nikolay Karaçençov dünyasını dəyişib.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu haqda məlumatı TASS agentliyinə aktyorun oğlu Andrey Karaçençov verib.

“Bəli, onun ölümünü biz təsdiq edirik. Bu gün o, Moskvada yerləşən 62-ci xəstəxananın reanimasiyasında səhər saat 08.50 radələrində vəfat edib”, – deyə Andrey bildirib.

Aktyorun həyat yoldaşı Lyudmila Porqina agentliyə ərinin ölümündən danışıb: “Hazırda onun vida və dəfn mərasiminin təşkili ilə məşğuluq”.

Xatırladaq ki, Karaçençov Rusiyada onlarla filmdə rol alıb. 2005-ci il fevral ayının 25-də o, avtomobil qəzasına düşüb və nəticədə beynindən ağır zədə alıb. (ASSA news)

Scroll Up