Bu ölkənin prezidenti çiynindən əməliyyat olundu

print
Rumıniya Prezidenti Klaus İohannis sol çiynindən əməliyyat olunub.

RİA Novosti agentliyinə istinadla xəbər verilir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, cərrahiyyə əməliyyatı uğurla başa çatıb. K.İohannis vəzifə səlahiyyətlərini yerinə yetirməyə qadirdir. Onun sağlamlıq vəziyyəti müsbət qiymətləndirilir.

Scroll Up