Nazim Hikmətin oğlu vəfat etdi – Ömrü boyu atası ilə küsülü olub

print
Məşhur şair Nazim Hikmətin oğlu, rəssam Mehmet Nazim 67 yaşında Fransada vəfat edib.

Türkiyə mətbuatı xəbər verir ki, şairin oğlunun ölümünü Mehmet Nazimin Parisdə yaşayan dostu Utku Varlık sosial şəbəkədə elan edib.

Qeyd edək ki, Mehmet Nazim şair Nazim Hikmətin 1950-ci ildə həbsxanadan azad edildikdən sonra Münevver Andaçla olan vətəndaş nikahından dünyaya gəlib. Nazim Hikmet oğlu 3 aylıq olarkən Türkiyəyə qayıdıb. Mehmet Nazim atası Nazim Hikmətlə küsülü olub. Oğlu ölümünə qədər atası haqqında heç bir məlumat verməyib. (Publika.az)

N.Hikmətin oğlu üçün yazdığı şeirdə övlad həsrətini belə ifadə edib:

“Karşı yaka memleket,

sesleniyorum Varna’dan,

işitiyor musun?

Memet! Memet!

Karadeniz akıyor durmadan,

deli hasret, deli hasret,

oğlum, sana sesleniyorum,

işitiyor musun?

Memet! Memet!”

Scroll Up