Arda Turan Türkiyə xalqından üzr istəyəcək?

print
“Başakşehir” klubunun futbolçusu Arda Turan müğənni Berkayla arasında baş verən davaya görə çətin günlər yaşayır.

“Hurriyet”ə istinadən verilən məlumata görə, son günlər ölkə mətbuatının gündəmindən düşməyən futbolçu haqqında yeni bir iddia səsləndirilib.

“TRT Spor”un idman şərhçisi Bahri Hayadırın sözlərinə görə, Turan “Başakşehir”in təlim məşqində 40 dəqiqə məşq etdikdən sonra komanda yoldaşları və texniki heyətdən halallıq istəyib. Lakin onun bu istəyi qəbul edilməyib.

Belə ki, rəhbərlik tərəfindən Ardaya külli miqdarda pul cəzası veriləcəyi, həmçinin klubun təşkil edəcəyi mətbuat konftransında onun bütün Türkiyə xalqından üzr istəyəcəyi ifadə olunub.

Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib. (Qafqazinfo)

Scroll Up