Belarus Rusiyaya birləşir? – Lukaşenkodan açıqlama

print
“Belarus sakinləri Rusiyanı özlərinə yaxın müttəfiq kimi görürlər”.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyaya daxil olma ehtimalını istisna etdi.

“Bilirsiniz ki, biz suveren və müstəqil bir ölkəyik. 21-ci əsrdə Belarusun Rusiyanın tərkibinə daxil olacağı haqda danışmaq gülüncdir. Mən Rusiyanın indiki prezidentindən bu haqda heç bir kəlmə eşitməmişəm “.

BELTA-ya istinadən xəbər verilir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.
O, əlavə edib ki, Belarus sakinləri Rusiyanı özlərinə yaxın müttəfiq kimi görürlər.

Xatırladaq ki, Lukaşenko daha öncə bildirmişdi ki, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan dialoq Moskva ilə Minsk arasındakı münasibətlərin və strateji tərəfdaşlığın inkişafına təkan verəcək. (AzNews.az)

Scroll Up