PSJ-nin hücumçusu Kilian Mbappe 13 dəqiqəyə 4 qol vurdu – VİDEO

print
Oktyabrın 7-də futbol üzrə Fransa çempionatının 9-cu turunun son oyununda PSJ klubu öz meydanında “Lion” kollektivini qəbul edib.

Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Parislilərin heyətində Kilian Mbappe 4 dəfə fərqlənib. O, 13 dəqiqə ərzində poker edib.

Digər qola isə braziliyalı hücumçu Neymar imza atıb.

Beləliklə, PSJ I Liqada ardıcıl 9-cu qələbəsini qazanıb və vahid liderdir. “Lion” isə 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up