Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

print
Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin dekabrında keçiriləcək.
Ermənistan KİV-nə istinadən xəbər verilir ki, bu barədə jurnalistlərə baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan Parlamentin spikeri Ara Babloyan və Respublikaçılar Partiyasının parlament qrupunun rəhbəri Vaqram Baqdasaryanla görüşündən sonra belə bir bəyanatla çıxış edib. (Qafqazinfo)
Scroll Up