DİN qatarla avtobusunun toqquşduğu qəza ilə bağlı məlumat yaydı

print
Daxili İşlər Nazirliyi (DİN) Bakıda avtobusla qatarın toqquşması qəzası ilə bağlı rəsmi məlumat yayıb.
DİN-dən daxil olan açıqlamada bildirilib ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir ƏliyevYusif Dadaşzadə orada ölüblər.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, dünən Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova Qaynarinfo-ya açıqlamasında baş vermiş qəzada “Azərbaycan Dəmir Yolları” QSC-nin heç bir günahı olmadığını və qorunan keçidinhəmin an hər iki tərəfdən şlaqbaunla bağlı olduğunu bildirmişdi. Yayılan video görüntülərdə isə qəza zamanı yolun açıq olduğu görünür.

S.Qədirova görüntülərin keyfiyyətsiz olduğunu və çəkiliş bulanıq olduğundan şlaqbaunun görsənmədiyini bildirib:
“Yayılan görüntülər çox keyfiyyətsiz görüntülərdir. Həm uzaqdan, həm də bulanıq düşüb. Biz özümüz də həmin görüntülərə baxdıq. Orada çəkiliş uzaqdan aparıldığı üçün şlaqbaun çox nazik şəkildə düşə və görsənməyə bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Ona görə biz daha keyfiyyətli görüntülərə baxandan sonra ətraflı məlumat verə bilərik. Hazırda bu barədə araşdırma gedir”.
Qeyd edək ki, dünən Binə qəsəbəsində sərnişin avtobusu ilə yük qatarı toqquşub. Qəza nəticəsində 2 nəfər (biri 13 yaşlı məktəbli) ölüb, 32 nəfər isə yaralanlıb.
Scroll Up