Murad Bozla aktrisa Aslı Enver barışdı

print
Türkiyənin məşhur cütlüyü Murad Boz və Aslı Enver barışıb.

Bu barədə Flash TV-də yayımlanan “Esra Balamirle bunu da konuşmak lazım” proqramında məlumat verilib. 

Boz ailəsinin yaxın dostu Aytaç Oner verilişdə bilmədən iki məşhurun barışdığını deyib: “Barışıblar və çox xoşbəxtdirlər”.

Qeyd edək ki, bu ilin aprelində 3 ilə yaxındır sevgili olan müğənni Murad Bozla aktrisa Aslı Enver ayrılmışdı. Murad mövzu ilə bağlı açıqlama verərək münasibətə son qoyduqlarını elan etmişdi.

Scroll Up