Ermənistan və Azərbaycan Qarabağ üzrə nəticə əldə etməlidirlər – Armen Sarkisyan

print
Ermənistan və Azərbaycan səy göstərməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə düzgün yanaşma – danışıqlar, nəinki qüvvədə qalsın, həm də real nəticəyə gətirib çıxarsın.

Bunu Gürcüstanın “Starvision” telekanalına müsahibəsində Ermənistanın prezidenti Armen Sarkisyan deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycanın qarşıdurması çərçivəsindən kənara çıxa bilər.

“Cənubi Qafqazda xeyli silah toplanıb, – Sarkisyan deyir. – Qarabağ mövzusu yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region üçün vacibdir. Bu problemin həlli nəzəri olaraq müxtəlif yollarla ola bilər. Lakin mənə belə gəlir ki, yalnız bir yol realdır”.

Ermənistan prezidentinin sözlərinə əsasən, söhbət danışıqlar yolundan gedir. (Virtualaz.org)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up