Bakı-Quba yolunda baş vermiş qəzada ölən turistlərin sayı 3 nəfərə çatdı

print
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində “Mercedes” markalı mikroavtobus ilə “Shagman” markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Qəza nəticəsində “Mercedes”in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər – 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.

12:46

Qəzada ölən və yaralananların ilkin siyahısı:

Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü

Rzayeva Raisa Dmitri qızı, 1955

Rzayeva İlona Rauf qızı, 1980

Tarfanov İqor Aleksandroviç, 1962

İsmayılova Tamara Hacışaban qızı

Zapalovnaya Yevgeniya Mixail qızı, 1940

Rzayeva Rəna Dmitri qızı, 1951

Məmmədova Elvira İvan qızı, 1967

Həşimova Sabina Kərim qızı, 1968

Rodina Jakka Anatoli, 1966

Kuranika Viktoriya Oleq qızı,1988

Məmmədova Lüdmila Andrey qızı, 1947

Buqlova Varvara Jilijou, 1945

9:49

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shacman” markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.

9:44

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır. (Report)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up