Şahmat Olimpiadası: Azərbaycanın kişi yığması bu gün ermənilərlə görüşəcək

print
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

Kişilərdən ibarət millimiz İngiltərə ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb – 3,5:0,5.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Teymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə heç-heçə edib.

Qadınlardan ibarət yığma komanda Olimpiadada ilk məğlubiyyətini alıb. Millimiz ABŞ-a məğlub olub – 2,5:1,5

Beləliklə, dörd turdan sonra 8 xala və daha yaxşı göstəricilərə malik Azərbaycanın kişilərdən ibarət komandası 1-ci pillədə qərarlaşıb. Qadın millisi isə 6 xalla 13-cüdür.

Yeri gəlmişkən, Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının növbəti rəqibləri müəyyənləşib. Bunlar müvafiq olaraq, Ermənistanla Yunanıstan komandalarıdır.

V turun hər iki görüşü sentyabrın 28-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up