Cümə, Sentyabr 28th, 2018

now browsing by day

 

Nikol Paşinyan İlham Əliyevlə mühüm razılaşmalar əldə etdiklərini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkələrin ikitərəfli münasibətlərində üç məqamı müzakirə ediblər.  “Sputnik-Ermənistan”a istinadən xəbər verilir ki, bu barədə erməni baş nazir “Facebook”dakı canlı yayımda bildirib. “Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik”, – baş nazir qeyd edib. Onun sözlərinə görə, Rusiya prezidentiRead the Rest…


Bu qız Türkiyə gözəli seçildi – FOTO

“Miss Turkey 2018”in qalibi elan olunub. Türkiyə KİV-nə istinadən xəbər verilir ki, 20 nəfər iştirakçının qatıldığı final yarışında 19 yaşlı Şevval Şahin qalib gəlib. Şahin Londonda “Dəb marketinqi” ixtisası üzrə təhsil alır. “Miss Turkey Universe” Tara Madelein De Vries, “Miss Turkey Superanational” isə Roda İrmaq Kalkan seçilib. (Qafqazinfo)


Atalarını qətlə yetirən 3 bacı azadlığa çıxdı

Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni kriminal avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızının azadlığa buraxılması barədə qərar qəbul edib. “RİA Novosti” agentliyinə istinadən veriıən məlumata görə, tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib, tərəflər etiraz etməyiblər. Bacılara gecələr yaşayış yerini tərk etmək, müstəntiq və qohumlarından başqa tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağanRead the Rest…


Erməni kəşfiyyatçı: Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb

Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov “İravunk” qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Naxçıvan istiqamətində geniş ərazi üzrə irəlilədiyini açıqlayıb. Qeyd edək ki, bu ilin may ayında Şərur rayonunun Günnüt kəndi, ümumilikdə isə 11 min hektar ərazi erməni işğalından azad olunub. Ermənistan tərəfi ilk günlər bu faktı inkar etsə dəRead the Rest…


Sərnişin təyyarəsi suya məcburi eniş etdi

“Air Niugini” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Mikroneziyanın Çuk ştatının hava limanına eniş edərkən enmə zolağından çıxaraq okeana düşüb. “Pacific Daily News” nəşri xəbər verir ki, göyərtədə olan 36 sərnişin və 11 heyət üzvünün hamısı uğurla təxliyyə olunub. Onlar yüngül xəsarətlərlə müayinə üçün xəstəxanaya yönləndiriliblər.


Şahmat Olimpiadası: Azərbaycanın kişi yığması bu gün ermənilərlə görüşəcək

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib. Kişilərdən ibarət millimiz İngiltərə ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb – 3,5:0,5. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Teymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə heç-heçə edib. Qadınlardan ibarət yığma komanda Olimpiadada ilk məğlubiyyətini alıb. Millimiz ABŞ-a məğlubRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up