“Azerspace-2” orbitə buraxıldı – VİDEO

print
Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

“TASS”a istinadən xəbər verilir ki, “Azerspace-2” orbitə “Ariane 5” daşıyıcı raketlə göndərilib. Bu, “Ariane 5”in 100-cü yubiley buraxılışıdır. Onun göyərtəsində “Azerspace-2” və Yaponiyanın “Horizons 3e” peykləri olub.

“Azərspace-2” Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək və peykin orbitdə işi minimum 15 il olacaq. (Qafqazinfo)


 

Scroll Up