Əfsanə Rəvan: Sənin üçün küçə-küçə darıxan qadın idim – şeir

print
Sənin üçün küçə-küçə darıxan qadın idim

şeir

 

Bircə dəfə baxışınla,
Dərdi-qəmi atırdım.
Gecələri kirpiyini,
Saya-saya yatırdım.

Elə getdin-
gözlərimdən
damla-damla süzüldün.
Baxdım pəncərə-pəncərə,
Qayıtmadın üzüldüm.

İndi daha səni ev-ev,
Axtarmıram gəzmirəm.
İndi daha qürurumu,
Addım-addım əzmirəm.

Bu şəhərin hər döngəsi,
hər dalanı şahidim.
Sənin üçün küçə-küçə,
Darıxan qadın idim…

Əfsanə Rəvan


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up