Şənbə, Sentyabr 22nd, 2018

now browsing by day

 

Azərbaycan milli komandası cüdo üzrə dünya çempionatında ilk medalını qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.  73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı son təsəlliverici görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiri məğlubiyyətə uğradıb. Heydərov rəqibinə vazari xalı ilə qalib gəlib. Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.  


Qarabağda erməni əsgər öldürüldü

İşğal olunmuş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni hərbçi öldürülüb. Bu barədə “Sputnik-Armeniya”ya istinadla xəbər verilir. Məlumata əsasən, sentyabrın 22-də yerli vaxtla saat 16:00 radələrində işğalçı erməni ordusunda xidmət edən 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç ölümcül güllə yarası alıb. (Oxu.az)


20 yaşlı azərbaycanlı İsveçdə deputat seçildi

Azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı V.Quliyev bu gün açıqlanan nəticələrə əsasən, Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır. Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir. (azvision.az)  


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up