Azərbaycan ordusunun düşmənlə döyüş xəritəsi hazırlanır – VİDEO+FOTO

print
Azərbaycan ordusunun təlimləri növbəti mərhələsində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkili məqsədi ilə əvvəlcədən qəbul edilmiş qərarlar maket və xəritə üzərində dəqiqləşdirilir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayır.
Qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri qərargahlarda ətraflı işlənilir.
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up