Aralıq dənizində itən Rusiya təyyarəsini Suriya vurub

print
Aralıq dənizi üzərində Rusiyanın “İl-20” tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub.
Bu barədə məlumat yayan ABŞ hökumətindəki mənbələrə görə, hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan təyyarədə 14 hərbçi olub. İsrail ordusu Suriyaya zərbə endirdiklərinə dair Rusiya tərəfinin bəyanatını şərh etməyib.
11.25
Rusiya Müdafiə Nazirliyi içində 14 nəfərin olduğu “İl-20” hərbi təyyarəsinin Aralıq dənizində radardan itdiyini açıqlayıb.
Təyyarə Suriyada yerləşən Hmeymim hərbi bazasına qayıdan zaman radardan itib.
İsrail və ya Fransanın hücumu nəticəsində qəzanın baş verdiyi iddialar arasındadır. İtkin düşən hərbçilərin aqibəti barədə məlumat yoxdur. (Qaynarinfo)
Scroll Up