
69 yaşlı aktyor ikinci dəfə ata olacaq – FOTO
Bu barədə aktyorun 35 yaşlı arvadı Aleksandra Silva məlumat verib.
O, Riçardla fotosunu sosial şəbəkədə paylaşaraq yazıb:
“Övladımız üçün xeyir-dua alırıq. Bu xəbəri gizli saxlayırdıq. Çünki xeyir-duasız heç nə demək istəmirdik”.
Qeyd edək ki, bu, hər ikisinin ikinci övladıdır. Belə ki, aktyorun aktrisa Keri Loueldən 17 yaşlı Qomer adlı bir oğlu var. Silvanın isə 2012-ci ildə keçmiş ərindən Albert adlı oğlu dünyaya gəlib.
Qeyd edək ki, Riçard və Silva 2014-cü ildən eşq yaşayır. Bu ilin aprelində isə cütlük evlənib. (Axsam.az)