69 yaşlı aktyor ikinci dəfə ata olacaq – FOTO

print
69 yaşlı Hollivud ulduzu Riçard Gir ikinci dəfə ata olacaq.

Bu barədə aktyorun 35 yaşlı arvadı Aleksandra Silva məlumat verib.

O, Riçardla fotosunu sosial şəbəkədə paylaşaraq yazıb:

“Övladımız üçün xeyir-dua alırıq. Bu xəbəri gizli saxlayırdıq. Çünki xeyir-duasız heç nə demək istəmirdik”.

Qeyd edək ki, bu, hər ikisinin ikinci övladıdır. Belə ki, aktyorun aktrisa Keri Loueldən 17 yaşlı Qomer adlı bir oğlu var. Silvanın isə 2012-ci ildə keçmiş ərindən Albert adlı oğlu dünyaya gəlib.

Qeyd edək ki, Riçard və Silva 2014-cü ildən eşq yaşayır. Bu ilin aprelində isə cütlük evlənib. (Axsam.az)


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up