“Qərbi Azərbaycan” (QATV) adlı internet televiziyası yaradılacaq

print
“Qərbi Azərbaycan” (QATV) adlı internet televiziyası yaradılacaq.

Картинки по запросу internet tv

Bu haqda məlumatı Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin (QAQB) mətbuat xidməti yayıb.

Məlumata görə bu haqda qərar QAQB-nin Ali Məclisinin növbəti toplantısında verilib. Televiziyanın QAQB sədrinin mətbuatla əlaqələr üzrə müavini Qeysər Əliyevin rəhbərliyi altında fəaliyyətə başlayacağı deyilir.

Toplantıda, həmçinin gündəlikdə duran məsələlər ətrafında maraqlı çıxışlar edilib, konkret təkliflər səsləndirilib.

QAQB sədrinin təqdimatı ilə yeni təyinat sərəncamlarına baxılıb və bu təyinatlar QAQB Ali Məclisi üzvləri tərəfindən təsdiq olunub.

QAQB sədrinin sərəncanları ilə müxtəlif sahələr üzrə təyin olunmuş müavinlər, eyni zamanda Türkiyənin İzmir şəhəri üzrə QAQB-nin təmsilçisi olaraq Nigar Ogeday  İğdır, Kars bölgəsi üzrə QAQB-nin təmsilçisi olaraq Serdar Unsal,  Ankara şəhəri üzrə QAQB-nin təmsilçisi olaraq İlham Şəki oğlu Mərdanovun təyinatları məsələsinə baxılaraq təsdiq olunub.

Namiq Kərimov – Gəncə şəhəri üzrə, Vidadi Əhmədov – Quba, Qusar və Xaçmaz bölgəsi üzrə, Qurban Əsgərov  isə Goranboy rayonu üzrə təmsilçi təyin ediliblər.

Təmsilçilik hüququ qazanan həmin şəxslər QAQB Ali Məclisinə üzv seçiliblər.

Daha sonra Qərbi azərbaycanlıların 1988-ci ilin dekabrında öz tarixi yurdlarından deportasiya olunmaları ilə bağlı anım günlərinin keçirilməsi tədbirlərinin təşkili üçün on nəfərdən ibarət işçi qrupu yaradılıb.

Yekunda qərara alınıb ki, yaxın günlərdə QAQB-nin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Ermənistan qaçqınlarının problemlərinə həsr olunan dəyirmi masa keçiriləcək.

Scroll Up