“Alibaba”nın sahibi vəzifəsindən gedir – 40 milyard dolları var

print
Məşhur Çin şirkəti “Alibaba”nın qurucusu və rəhbəri Cek Ma təqaüdə çıxır.

“Nyu-York Times”a istinadən xəbər verilir ki, Ma sentyabrın 10-da 54 yaşı tamam olduğu gün postundan gedəcək. O, bundan sonra ingilis dilinin tədrisi ilə məşğul olacaq.

Qeyd edək ki, Cek Ma dünyanın ən zəngin insanlarından biridir. Onun varidatı 40 milyard dollar təşkil edir.

Scroll Up