Lamiyə Ələkbərova yenidən AzTV-yə qayıtdı – bu dəfə vəzifəyə

print
Tanınmış teleaparıcı Lamiyə Ələkbərova bundan sonra fəaliyyətini AzTV kanalında davam edəcək.

O, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalında direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu, L.Ələkbərovanın AzTV-yə ikinci qayıdışıdır. Belə ki, o, 1996-2006-ci illərdə burada fəaliyyət göstərib. Daha sonra aparıcı Lider, İTV-də də işləyib. (Axsam.az)

Scroll Up