Putin İosif Kobzonun dəfn mərasiminə gəldi – FOTO

print
Bu gün SSRİ xalq artisti, millət vəkili İosif Kobzonla vida mərasimi keçirilib.

Rusiya KİV-nə istinadən xəbər verilir ki, mərasim Moskvada Çaykovski Konsert Zalında baş tutub. Müğənninin xatirəsini yad etmək üçün Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev, estrada ulduzları, siyasətçilər, ictimaiyyət nümayəndələri gəliblər.

Qeyd edək ki, İosif Kobzon avqustun 30-da 80 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib. (Qafqazinfo)




Scroll Up