Avqust, 2018

now browsing by month

 

Azərbaycanın Lerik rayonunda zəlzələ baş verdi

Avqustun 28-də Lerik rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:57:14-də qeydə alınıb. Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.


Gəncənin yeni icra başçısı kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Niyazi Müzəffər oğlu Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub.Read the Rest…


Ağdam və Gədəbəyə yeni icra başçıları təyin olundu

Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Elmar Vəliyev işdən çıxarıldı – rəsmi sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Müzəffər oğlu Bayramov təyin edilib. Qeyd edək ki, Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında YunusRead the Rest…


Moskvada atışma: azərbaycanlı, erməni, çeçen və gürcü saxlanıldı

Moskvanın cənubundakı Qərbi Biryulevoda baş verən və silahlı atışma ilə müşayiət olunan kütləvi davadan sonra 20 nəfər polis bölməsinə gətirilib. Saxlanılan şəxslər arasında Çeçenistan, Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşları olub. Moskva polis idarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə dünən yerli vaxtla 21:00-da baş verib. Sakinlər Bulatnikov küçəsində sürücülərin dalaşdığı iləRead the Rest…


Şəhriyara sponsor olmaq istəyənlər növbəyə durdu: bank, şirkət, hotel…

“Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib”. Bu sözləri idman jurnalisti Sənan Şəfizadə öz facebook hesabında yazıb. S.Şəfizadə qeyd edib ki, müraciət edənlər “Şah”ın menecerinə yönləndirilib. “Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3Read the Rest…


Sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Azərbaycanda bu həftədən – sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip)Read the Rest…


Bakı Kitab Mərkəzi istifadəyə verildi

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım Mərkəzin rəmzi açılışını bildirən lenti kəsiblər. Mərkəzin direktoru Günel Rzayeva burada yaradılan şərait barədə məlumat verib. Paytaxtın Üzeyir Hacıbəyli və QoqolRead the Rest…


Bakı bulvarında “Qu quşları” fəvvarə kompleksinin açılışı oldu

Bu gün Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər. Bakı bulvarındakı “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. 1960-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsüRead the Rest…


Şəhriyar yeni status yazdı və hər şeyə aydınlıq gətirdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sponsorunun olmadığına dair sosial şəbəkədə yazdığı fikirlərə aydınlıq gətirib. 33 yaşlı qrossmeyster şəxsi “Facebook” hesabı vasitəsilə ötən gün verdiyi açıqlamasına siyasi don geyindirildiyini bildirib. “Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm. Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib.Read the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up