“Mədəniyyət” kanalında biabırçılıq: qondarma erməni xəritəsi təqdim edildi – VİDEO

print

“Dövlət büdcəsindən maliyyələşən Mədəniyyət kanalında efirə getmiş xəritə. Bizim düşmənə ehtiyacımız yoxdur”.

Bu fikirləri jurnalist Şəbnəm Karslı öz Facebook səhifəsində paylaşıb.

Xatırladaq ki, efirə gedən həmin verilişin xəritə ilə bağlı 38 saniyəlik fraqmenti sosial şəbəkədə yayımlanıb və video izləyicilər arasında xeyli söz-söhbətə səbəb olub.

Kadrlardan görünür ki, haqqında danışılan video “Mədəniyyət” kanalının efirində yer alan bir verilişdən götürülmüş kadrdır. Verilişin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Güllü Yoloğlu tarixdə “Böyük Ermənistan” adlı dövlətin olmadığı halda “Böyük Ermənistanın” xəritəsini kadrda efirə təqdim edib.

Görəsən, verilişin aparıcısı bu xəritəni haradan əldə edib və televiziyanın efirində yayımlayıb.

Qeyd edək ki, “Mədəniyyət” kanalı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərir və onun maliyyəsi dövlət tərəfindən verilir. Kanalın əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir.(www.assanews.com)

Scroll Up