Loading

wait a moment

Ermənistanın keçmiş baş nazirinin qardaşı həbs edildi

print
Yerevan məhkəməsi Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın qardaşı Conik Abraamyanın həbs edilməsi barədə qərar çıxarıb.

TASS-a istinadən xəbər verilir ki, C.Abraamyanın barəsində iri həcmdə silah-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasına dair ittiham irəli sürülüb.

Məhkəmə C.Abraamyanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib, araşdırma aparılır.

Qeyd edək ki, C.Abraamyan 2008-ci il martın 1-də müxalifətin etiraz aksiyası zamanı baş vermiş qətl işlərində günahlandırılır.

Xatırladaq ki, O.Abraamyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb. (Report)

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up