Loading

wait a moment

Bakının yeni baş planında nələr olacaq?

print
“Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı cənab prezident İlham Əliyev xüsusi tapşırıq verib”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri bildirib ki, baş planın hazırlanması üçün beynəlxalq məsləhətçi “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkəti cəlb edilib:

“Həmin şirkətlə birgə işi 2 mərhələyə bölmüşük. Birinci mərhələdə Bakı şəhərinin Azərbaycan iqtisadiyyatının prioritetlərinə uyğun inkişaf olunması, eyni zamanda dünya səviyyəsində olan trendlər nəzərə alınır. Baş plan şəhərin əsas şəhərsalma sənədidir. Eyni zamanda bu, iqtisadi, sosial, mədəni və bütün sahələri əhatə edir. Əsas məqsədimiz ondan ibarətdir ki, şəhər elə inkişaf etsin ki, onun dayanıqlığı, sistemli inkişafı burada yaşayan insanlar üçün tam rahat yaşayış məkanına çevrilməklə, eyni zamanda iş yerlərinin açılması, onların asudə vaxtının keçirilməsi üçün hər cür şərait yaradılsın. Tarixi abidələrin qorunması baş planın əsas istiqamətlərindən biridir.

Ona görə bütün istiqamətlər üzrə aidiyyatı dövlət orqanları, eyni zamanda iş adamları, qeyri-hökumət təşkilatları ilə görüşlər keçirilir. Bununla bağlı fikir mübadiləsi aparılır. Hər bir istiqamət üzrə təhlil aparılır. Həmin təhlillər nəticəsində konseptual istiqamətlər müəyyənləşəndən sonra texniki məsələlərlə məşğul olacayıq. Növbəti mərhələdə bu sahədə ixtisaslaşmış, dünya səviyyəsində həm şəhərsalma, həm də memarlıq üzrə tanınmış şirkətlər cəlb olunacaq. Həmçinin yerli mütəxəssisləri cəlb etməklə, bu plan elə səviyyədə hazırlanacaq ki, Bakının inkişafına təkan verəcək.

Eyni zamanda Bakıya təşrif buyurmuş turistlər, qonaqlar bu gün olduğu kimi Bakıdan zövq alacaqlar. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıya gələn qonaqlar buradan zövq alırlar. Biz fəxr edirik ki, belə paytaxtımız var. Eyni zamanda bunun daha sistemli, gələcək 20 ilə inkişafının dayanıqlığını təmin etmək üçün plan üzərində çalışmağa başlamışıq”. (AzVision.az)

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up